Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyası çərçivəsində ilk iclasının gündəliyi məlum olub.

Yanvarın 21-də keçiriləcək iclasın gündəliyinə aşağı məsələlər daxildir:

- Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyası ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülmüş işlərin hesabatı.

- Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi.

- "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

- Cari məsələlər.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışdı. Bu müddət bitdiyi üçün qanuna dəyişiklik edilməsi zərurəti yaranıb.

Xatırladaq ki, 2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunun müddəti 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə etdiyi və bu müddət bitdiyi üçün keçən il yaz sessiyasında da 1 il (2022-ci il yanvarın 1-dək) artırılmışdı.

.