Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, gün ərzində arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +9 dərəcədən +13 dərəcəyədək, gündüz +15 dərəcədən +17 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +6 dərəcədən +11 dərəcəyədək, gündüz +17 dərəcədən +21 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +5 dərəcəyədək, gündüz +5 dərəcədən +10 dərəcəyədək olacaq.

.