ABŞ Ukraynaya Rusiyanın ballistik raket hücumları barədə kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
O bildirib ki, bir neçə gün davam edən fasilədən sonra məlumat mübadiləsi yenidən işləyir.
Zelenski NBC telekanalının “Meet the Press” proqramına müsahibəsində qeyd edib ki, ABŞ Rusiyanın ballistik raket buraxılışlarını aşkar etmək və izləmək üçün Ukraynaya unikal əhəmiyyət daşıyan kəşfiyyat məlumatları təqdim edir.
Onun sözlərinə görə, Ukrayna üç gün ərzində bəzi ballistik raket hücumları ilə bağlı əvvəlcədən məlumat almayıb.
.
