Rusiyada uşaqlara qoyulan qəribə adlar açıqlanıb.
Yenizaman.az "kp.ru"ya istinadən xəbər verir ki, onların arasında Sezar, Caz, Sevastopol, Sila, Bizans, Ay kimi adlar var.
Həmçinin Sankt-Peterburqda Yaz adlı qız yaşayır. Onun 8 yaşı var. O cümldən, Aleksandrov şəhəri yaxınlığında Rusiya prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun adını daşıyan uşaqlar yaşayır. Lakin onların adı Vladimir və Serey yox, məhz Putin və Şoyqudur.
2017-ci ilin birinci rübündə uşaqlara Lavr və Axilles, Potap və Foma kimi adlar verilib.
.