Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin zəhərlənən şagirdlərinə tibbi yardım göstərilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, oktyabrın 29-da saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.
***
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə 10 şagirdin zəhərlənməsi ilə bağlı məsələ üzərində araşdırma aparılır.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, sözügedən məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır.
.
