Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda partlayışda üç nəfər ölüb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Şilov rayonunda yerləşən “Elastik” zavodunda partlayışda 20 nəfərin yaralandığı bildirilib.

***

13.20

Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın və partlayış baş verib.

Yerli sakinlərin sözlərinə görə, hadisə bu gün saat 11:00 radələrində qeydə alınıb, güclü səs eşidilib və müəssisə üzərində tüstü müşahidə olunub.

Bildirilib ki, ən azı 3 nəfər xəsarət alıb.

İlkin məlumatlara əsasən, yanğının səbəbi PUA hücumu ilə bağlı deyil. Regionda pilotsuz uçuş aparatları təhlükəsi ilə bağlı həyəcan siqnalı verilməyib.

.