Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə videokonfrans formatında görüş keçirir.
Putin Rusiya-Çin münasibətlərinin əhəmiyyətindən danışıb.
Putinin sözlərinə görə, Rusiya və Çin arasında iqtisadi əməkdaşlıq 2025-ci ildə davamlı şəkildə inkişaf edib. O qeyd edib ki, Moskva və Pekinin enerji əməkdaşlığı qarşılıqlı faydalı və strateji xarakter daşıyır.
“Rusiya ilə Çin arasında ticarət dövriyyəsi üç il ard-arda 200 milyard dollar həddini keçib”, - Putin vurğulayıb.
.
