Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysmanı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Aleksey Danilovu axtarışa verib.

Bu barədə Rusiya DİN məlumat yayıb.

Qeyd edək ki, Pavel Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukraynanın xarici işlər naziri vəzifəsində çalışıb. Vladimir Qroysman 2014-2016-cı illərdə Ali Radanın sədri, Aleksey Danilov isə 2019-2024-cü illərdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri olub.

Mənbə: RIA Novosti

.