Rusiya İrandan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi üçün torpaq sahələrinin satın alınmasının sənədli təsdiqini gözləyir.

Rusiya mediası xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Düşənbədə Rusiya-İran danışıqlarının yekunları üzrə bildirib.

"Danışıqlar zamanı fikir mübadiləsi aparılıb, ilk növbədə "Şimal - Cənub" layihəmizin reallaşdırılması statusu, gələcək Rəşt-Astara dəmir yolu sahəsinin tikintisi müzakirə edilib. İran tərəfi bizi əmin edib ki, torpaq sahələri satın alınıb. Biz bunun sənədli təsdiqini gözləyirik", - o qeyd edib.

.