Rusiya heç vaxt terror hücumlarını dəstəkləməyən Ukrayna infrastrukturuna hücum etməyib.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçı ilə danışıqları zamanı bildirib.
Lavrov Moskvanın enerji qiymətlərinin artırılmasında maraqlı olmadığını, sabitliyin tərəfdarı olduğunu söyləyib.
O, Rusiya və Tehranın neft-qaz sektorunda əməkdaşlıq üçün böyük perspektivlərinin olduğunu vurğulayıb.
Lavrov qeyd edib ki, Rusiya İranın regiondakı münaqişələri diplomatik yollarla həll etmək istəyini alqışlayır.
O əlavə edib ki, Rusiya İran-ABŞ münaqişəsinə həll yollarının tapılmasına kömək etməyə hazırdır.
.
