ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli üzərində əvvəlki kimi işləməyə hazırdır, lakin eyni zamanda real irəliləyişlə nəticələnməyən təşəbbüslərdən imtina edəcək.

Bunu ABŞ Dövlət Departamentinin rəhbəri Marko Rubio Portuqaliyada bildirib.

"Biz irəliləyişə gətirib çıxarmayan faydasız proseslərdə iştirak etmək istəmirik", - o deyib.

Bununla yanaşı, Rubio əmin edib ki, Vaşinqton həll yolunun işlənib hazırlanmasına əvvəlki kimi kömək etməyə hazırdır.

O xatırladıb ki, ABŞ diplomatik həlli bu münaqişənin nizamlanmasının yeganə yolu hesab edir.

.