Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb.

Yenizaman xarici KİV-ə istinadən xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarstan üzrəində 3:2 hesablı qələbədən sonra reallaşıb.

40 yaşlı futbolçu sözügedən matçın 58-ci dəqiqəsində penaltidən fərqlənərək mundialın seçmə mərhələsində vurduğu qolların sayını 39-a çatdırıb. Bu göstəricidə o, eyni sayda qol vuran Qvatemalanın futbolçusu Karlos Ruisə çatıb.

Qeyd edək ki, ən çox qol vuranların siyahısında ilk "üçlüy"ü 36 qolla Argentina yığmasının üzvü Lionel Messi qapayır. 

.