ABŞ müxtəlif mənbələrə borclu olduğundan Ukraynaya göndərməyə pulu yoxdur.

Yenizaman-ın “The Hill” nəşrinə istinadən xəbərinə görə, bunu respublikaçı senator Rend Pol deyib.

O bildirib ki, məhz bu səbəbdən ölkəsinin rəsmi Kiyevə maliyyə yardımlarını dayandırmasını istəyir. Senatorun sözlərinə görə, Dövlət Departamentinin təkcə Çinə 1 trilyon dollar borcu var.

R.Polun sözlərinə görə, Ukrayna indiki şəraitdə NATO-ya üzvlük ideyasından imtina etməli, habelə Rusiya tərəfinə müəyyən dərəcədə güzəştə getməlidir.

.