"Mançester Yunayted"in və İngiltərə millisinin hücumçusu Markus Raşford "Barselona"da oynamağı arzulayır.

Bu barədə idman jurnalisti Fabritsio Romano xəbər paylaşıb.

O qeyd edib ki, hətta 27 yaşlı futbolçu "Barselona" xəyalını həyata keçirmək üçün "Mançester Yunayted" rəhbərliyinə müraciət edərək klubdan ayrılmaq istədiyini bildirib.

Məlumat üçün əlavə edək ki, hələ bir neçə ay əvvəl "Mançester Yunayted" Markus Raşfordu transfer edəcək klubdan 40 milyon avro tələb olunacağını açıqlayıb.

.