Milli komandamızın və "Trabzonspor”un üzvü Ramil Şeydayev Türkiyə superliqasında debüt edib. 

Yenizaman.az -ın Qol.az-a istinadən məlumatına görə, gənc hücumçu superliqanın 13-cü turunda "Kayserispor”la səfər oyununun 80-cı dəqiqəsində meydana çıxıb.

Şeydayev 90+3-cü dəqiqədə sarı vərəqə almaqla "fərqlənib”.

Görüş "Trabzonspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Şeydayev bunadək "Trabzonspor"un heyətində 2 kubok matçında oynayıb və 1 qol vurub. 
.