İran Silahlı Qüvvələrinin doktrinası özünümüdafiədən hücum xarakterinə keçib.

"Khabar Fouri" xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı Əli Abdullahi deyib.

"Döyüş taktikamızı dəyişmişik, hücumlarda qabaqcıl avadanlıq və müasir silahlardan istifadə olunacaq", - o bildirib.

Ə.Abdullahinin sözlərinə görə, ABŞ və İsrail ordularını "sürpriz"lər gözləyir.

.