Azərbaycanın daha iki yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
"Yenizaman"un məlumatına görə, Nihat Məmmədli (63 kq) və Həsrət Cəfərov (67 kq) bu raunda yüksəliblər.
N.Məmmədli 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.
H.Cəfərov eyni raundda Cənubi Koreyadan olan Hanjae Çunqu məğlub edib. O, yarımfinalda Səid Esmaeili (İran) ilə qarşılaşacaq.
İslam Abbasov (87 kq) isə 1/8 finalda məğlub olub.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
.
