"Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi "Bayer 04" Almaniya komandaları arasında yeni rekorda imza atıb.

 Xabi Alonsonun baş məşqçisi olduğu kollektiv buna Bundesliqanın XXIII turunda “Maynts”a qalib gəlməklə (2:1) nail olub.

Leverkuzen təmsilçisinin məğlubiyyətsiz oyunlar seriyası 33-ə (29 qələbə, 4 heç-heçə) çatıb.

Beləliklə, komanda "Bavariya"nın nailiyyətini geridə qoyub. Münhen təmsilçisi 2019-2020-ci illərdə Hans-Diter Flikin rəhbərliyi altında ardıcıl 32 matçda uduzmayıb.

"Bayer 04" hazırda 61 xalla liderdir. Rəqibindən 1 oyun az keçirən "Bavariya" 50 xalla ikinci sıradadır.

Qeyd edək ki, "Qarabağ" ilə "Bayer 04" arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda görüş saat 21:45-də, səfərdəki duel saat 00:00-da başlanacaq.

.