Müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsus futbolçusu Tahit Çon qarət olunub.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, hazırda "Birmingem Siti"də icarədə olan 23 yaşlı hücumçunun evinə gecə vaxtı maskalı şəxslər hücum ediblər. Onlar niderlandlı oyunçunun boğazına bıçağı dirəyərək, evindən minlərlə funt sterlinq dəyərində qızıl-zinət və digər qiymətli əşyaları aparıblar.

Qeyd edək ki, daha əvvəl "Mançester Yunayted"in digər oyunçuları Pol Poqba, Viktor Lindelef və Cessi Linqardın da evi qarət olunub.

.