İngiltərənin "Mançester Yunayted" klubu "Roma"da çıxış edən futbolçu Manu Koneni heyətinə qatmaq istəyir.

Xarici mətbuat xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı yarımmüdafiəçinin transferi üçün onun nümayəndələri ilə danışıqlar aparacaq.

Fransa millisinin üzvünün "Roma" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

O, ötən mövsüm paytaxt təmsilçisində meydana çıxdığı 37 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

.