İngiltərənin "Mançester Yunayted" klubu "Atletiko"nun (İspaniya) futbolçusu Konor Qallaheri transfer etmək istəyir.
"Sports Mole" xəbər verir ki, Mançester təmsilçisi onu yanvarda icarəyə götürmək qərarına gəlib.
İspaniya klubu icarə istəyini qəbul etməyəcəyi təqdirdə, Premyer Liqa təmsilçisi futbolçunun transferi üçün 60 milyon avro təklif göndərəcək.
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi cari mövsüm "Atletiko"nun heyətində meydana çıxdığı 16 oyunda 1 qol müəlllifi olub.
.
