
"Borussiya" "Çelsi"dən Aaron Anselminonu transfer edib.
Bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bundesliqa klubu argentinalı mərkəz müdafiəçisini icarəyə götürüb. 20 yaşlı mövsümün sonuna qədər yeni komandasında çıxış edəcək.
Qeyd edək ki, "Çelsi" Aaron Anselminonu ötən ilin yayında "Boka Xuniors"dan transfer edib. Gənc oyunçu "zadəganlar"ın heyətində 20 oyunda meydana çıxıb.
.