"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Çelsi" klubu "Yuventus"dan (İtaliya) Qleyson Bremeri transfer etmək istəyir.

Yenizaman "TEAMtalk"a istinadən xəbər verir ki, London klubu 28 yaşlı braziliyalı müdafiəçini almaq üçün mübarizəyə qoşulub.

Futbolçu ilə İngiltərənin digər klubları "Liverpul" və "Mançester Yunayted" də maraqlanır.

Qeyd edək ki, Q.Bremer 2022-ci ildən formasını geyindiyi A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 75 oyunda 7 qola imza atıb. "Transfermarkt" futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.ge

.