“Dünən axşam saat 23:00 radələrində marketdəki zəhərlənmə ilə bağlı xəstəxanaya gətirilənlərin ciddi şikayətləri olmayıb. Onlar həkimlər tərəfindən müayinə oluanaraq evə buraxılıblar”.

Bunu Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

O qeyd edib ki, zəhərlənmənin səbəbi hələ tam bəlli deyil:

“Lakin market ərazisində propan qazı ilə hansısa iş görüldüyü deyilir. İş aparan fəhlələrə heç nə olmayıb. Marketin işçiləri qaz iyini hiss ediblər və yüngül şikayətləri olub - ürəkbulanma, baş ağrısı və s. Heç kimin həyatı üçün təhlükə yaradacaq ciddi zəhərlənmə olmayıb”.

Xatırladaq ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanındaki "Bolmart"da zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

.