Atom Enerjiis Üzrə Beynəlxalq Agentlik Zaporojye Atom Elektrik Stansiyasının xarici enerji təchizatının kəsilməsi təhlükəsi ilə əlaqədar yeni lokal atəşkəs zonasının yaradılması üzərində işləyir.

Bu barədə AEBA-nın baş direktoru Rafael Qrossinin açıqlamasına istinadən təşkilatın mətbuat xidməti məlumat yayıb.

Qrossinin sözlərinə görə, yeni zona stansiyanın xarici enerji təchizatı ilə bağlı zəruri işlərin aparılmasına imkan yaratmalıdır. Razılaşma əldə olunarsa, bu, 2025-ci ilin sonundan etibarən AEBA-nın vasitəçiliyi ilə yaradılan yeddinci atəşkəs zonası olacaq.

.