
Şərqi Zəngəzurda yerləşən "Araz Vadisi iqtisadi zonası" və Qarabağda yerləşən Ağdam sənaye parklarında yeni layihələr həyata keçirilir.
Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımlı bildirib.
"Belə ki, "Araz Vadisi" Sənaye Parkında 8 milyon manat investisiya ilə soyutma avadanlıqlarının istehsalı müəssisəsi qurulacaq, ildə 5 növdə 3 680-dən çox avadanlıq istehsal ediləcək. Ağdam Sənaye Parkında isə 6 milyon manat dəyərində mebel fabriki fəaliyyətə başlayacaq. Müəssisədə müxtəlif təyinatlı mebellər, yumşaq panellər və metal aksesuarlar istehsal olunacaq. Bu iki müəssisənin işə düşməsi ilə əlavə olaraq 100-ə yaxın daimi iş yeri yaradılacaq".
"Ağdam və "Araz Vadisi" sənaye parklarında rezident olmaq üçün sahibkarlar 10-dan çox yeni layihə təqdim edib. Əsas istiqamətlər tikinti materialları, mebel, tekstil və məişət məhsullarının istehsalıdır", - deyə mətbuat katibi əlavə edib.
.