Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlara fasilə verilib.
Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqları dayandırılıb.
Kreml rəsmisi bununla belə, Rusiyanın Ukrayna ilə bağlı ABŞ ilə əlaqə saxladığını söyləyib
.
