Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan ilə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin və Ərdoğan Körfəzdə hərbi və siyasi qarşıdurmanın kəskinləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Liderlər Yaxın Şərqdəki hərbi əməliyyatların təkcə regional deyil, həm də qlobal miqyasda ciddi mənfi nəticələrə səbəb olduğunu qeyd ediblər.
Rusiya və Türkiyə prezidentləri dərhal atəşkəsin və regiondakı bütün ölkələrin maraqlarını nəzərə alan kompromis razılaşmaların hazırlanmasının tərəfdarıdırı olduğunu bildiriblər.
Putin Ərdoğana Ukrayna ilə bağlı danışıqlar prosesini asanlaşdırmaq istəyinə görə təşəkkürünü bildirib.
Onlar Kiyevin Qara dənizdə qaz boru kəmərlərinə və ticarət gəmilərinə zərbə endirmək cəhdləri fonunda addımların əlaqələndirilməsinin vacibliyini qeyd ediblər.
.
