Rusiya hər zaman Ukraynanın NATO-ya üzvlüyünə etiraz edib, lakin Avropa İttifaqına yox.

Bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukraynanın öz təhlükəsizlik sistemini seçmək hüququ var, lakin bunu Rusiyanın hesabına etməməlidir.

Putin qeyd edib ki, Rusiya Ukrayna üçün təhlükəsizlik zəmanətlərini birbaşa ərazi məsələsi ilə əlaqələndirmir: “Rusiya ərazilər uğrunda deyil, insanların öz dillərində danışmaq və öz mədəniyyətində yaşamaq hüququ uğrunda mübarizə aparır. Rusiya heç vaxt ərazilərin müqabilində Ukraynaya təhlükəsizlik zəmanətinin verilə biləcəyi sualını qaldırmayıb. Rusiyanın tərkibində yaşamağa qərar verən insanların fikrinə hörmətlə yanaşmaq lazımdır, bu, demokratiyadır”.

.