"Burevestnik" raketinin danılmaz üstünlükləri var və Rusiya bu nailiyyətlə fəxr edə bilər.

Bunu Rusiya Prezidenti Vladimir Putin hospitalda hərbçilərlə görüşündə bildirib.

O, raketin nüvə reaktorunun gücünün nüvə sualtı qayığı ilə müqayisə edilə biləcəyini, lakin ondan min dəfə kiçik olduğunu vurğulayıb.

Putin bildirib ki, "Burevestnik" raketində quraşdırılmış nüvə reaktoru "dəqiqələr və saniyələr ərzində" işə düşür.

Putin Rusiyanın dünən "Poseydon" sualtı aparatını sınaqdan keçirdiyini də vurğulayıb.

O bildirib ki, Rusiya ilk dəfə "Poseydon" nüvə elektrik qurğusunu uğurla işə salıb və bu, böyük bir uğurdur.

Putinin sözlərinə görə, "Poseydon"un gücü Rusiyanın ən böyük ballistik raketi olan "Sarmat"ın gücündən daha çoxdur: "Hazırda "Poseydon"u tutmaq üçün heç bir vasitə yoxdur. Bu aparatın sürəti və dərinliyi digər aparatların imkanlarını üstələyir".

Rusiya Prezidenti "Sarmat" qitələrarası ballistik raketinin tezliklə döyüş növbəsinə qoyulacağını da söyləyib.

.