"Xüsusi hərbi əməliyyat" zonasında vəziyyət Rusiya qoşunları üçün əlverişli şəkildə inkişaf edir.

Bunu Rusiya Prezidenti Vladimir Putin hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları xüsusi hərbi əməliyyat zonasında bütün istiqamətlərdə irəliləyirlər.

Putin Rusiyanın hazırda xüsusi əməliyyat zonasında uzunmüddətli təhlükəsizliyini təmin etdiyini vurğulayıb.

Putin mühasirədə qalan Ukrayna hərbçiləri barədə də danışıb. Qeyd edib ki, Kupyansk və Krasnoarmeyskdə Ukrayna hərbçiləri mühasirəyə alınıb.

Bildirib ki, Ukrayna siyasi rəhbərliyi mühasirədə qalan vətəndaşlarının taleyinə qərar verməlidir:

"Kiyevin mühasirəyə alınmış Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının taleyi ilə bağlı qərar vermək imkanı olacaq, necə ki, onlar bir vaxtlar Azovstalda etdikləri kimi".

O, Rusiya hərbçilərinin xarici jurnalistlərin Ukrayna Silahlı Qüvvələrinin Krasnoarmeysk və Kupyanskdakı mühasirəyə alınmış ərazilərinə daxil olmasına icazə verməyə hazır olduğunu da söyləyib.

.