jpg-1754466049.jpg)
Musiqişünas, Əməkdar incəsənət xadimi, professor Aida Tağızadə 91 yaşında vəfat edib.
Bu barədə APA-ya musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə məlumat verib.
O bildirib ki, mərhum alim bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Aida Zeynal qızı Tağızadə 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olub. O, 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərib. 1996–2007-ci illərdə fəaliyyətini Türkiyənin Ankara Bilkənd Universitetində davam etdirib. Bir neçə monoqrafiya, 100-ə yaxın məqalənin müəllifidir.
Allah rəhmət eləsin!
.