“Türkiyə bu gün qardaşım Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə siyasi gücə çevrilib”.
Bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, bu Azərbaycanı sevindirir və gücləndirir: “Biz birlikdə daha da güclüyük. Bu sabitlik, istiqrar, təhlükəsizlik faktorudur. Əziz qardaşımın sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Bu birlik əbədi olacaq. Buna Türkiyə və Azərbaycan cəmiyyətində şübhə yoxdur”.
.
