DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürüb.

 Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşıb.

Millimiz A qrupunun favoritini Bakı Olimpiya Stadionunda qəbul edib. Bakıya Kriştiano Ronaldosuz gələn Fernandu Santuşun yetirmələri matçın taleyini ilk yarıda həll edib.

Maksim Medvedev və Anton Krivotsyukun xidmətindən məhrum millimiz rəqibin hücumları qarşısında tab gətirməyib. Fasiləyədək iki qol vuran portuqaliyalılar ikinci hissədə fərqi darmadağına çatdıraraq Bakıda asan qələbə qazanıblar.

Qeyd edək ki, qrupumuzun bu gün keçirilən digər oyununda İrlandiya Serbiyanı qəbul edəcək.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
Azərbaycan - Portuqaliya - 0:3
Qollar: Bernardo Silva, 26, Andre Silva, 31, Dioqo Jota, 75

1

Portuqaliya

5

4

1

0

11-4

13

2

Serbiya

4

3

1

0

11-6

10

3

Lüksemburq

4

2

0

2

5-8

6

4

İrlandiya

4

0

1

3

4-7

1

5

Azərbaycan

5

0

1

4

3-9

1

.