Polşanın Skarzisko-Kamienna şəhərində Polşa və Ukrayna orduları üçün dron hissələri istehsal edən zavodda yanğın baş verib.
“ONET”in xəbərinə görə, “WB Electronics” zavodunda hadisə gecə vaxtı baş verib.
Məlumata görə, həmin vaxt yaxınlıqda olan maskalı şəxs təhlükəsizlik kameralarına düşüb.
Polşanın hüquq-mühafizə orqanları hadisənin təxribat ola biləcəyini istisna etməyib.
Zavodun yaxınlığında bel çantası və bir köynək tapılıb.
Ölən və ya xəsarət alanların olması ilə bağlı məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
.
