Polşa Rusiya və Belarus arasında keçiriləcək "Qərb-2025" birgə təlimləri ilə əlaqədar olaraq sentyabrın 11-də Belarus ilə sərhədi tamamilə bağlayacaq.

Yenizaman Polşa KİV-inə istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, sərhədin bağlanması sentyabrın 11-də başlayacaq və təkcə avtomobil nəzarət-buraxılış məntəqələrini deyil, dəmir yolu keçidlərini də əhatə edəcək.

Xatırladaq ki, "Qərb-2025" təlimləri 12-16 sentyabr tarixlərində Belarus ərazisində keçiriləcək.

Daha əvvəl Tusk Rusiya-Belarus təlimlərini Polşaya hücum məşqi adlandırmışdı. O, müttəfiqlərin bu manevrlərə dərhal reaksiya verəcəyini bildirmişdi.

.