
Ukraynada müharibənin başa çatmasının əsas ssenarilərindən biri cəbhə xətti boyunca münaqişənin dondurulması ola bilər.
Bunu Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində bildirib.
"Ukraynanın ilkin mövqeyi belədir: biz başa düşürük ki, bu müharibədən çıxmağın əsas ssenarilərindən biri cəbhə xətti boyunca münaqişənin dondurulmasıdır. Bunlar bu gün Rusiyanın de-fakto işğal etdiyi ərazilərdir. Onlar belə də qalacaq. Sonra isə bu ərazilərin Ukraynaya qaytarılması üçün iqtisadi, diplomatik və digər vasitələrlə böyük iş aparılacaq. Lakin de-yure onlar Ukrayna ərazisi olaraq qalacaq", - Podolyak bildirib.
O bu ərazilərin Rusiyaya verilməsi ehtimalını tamamilə istisna edib.
.