Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Alyaskada keçiriləcək sammitə hazırlıq çərçivəsində bu gün ali rəhbərliyin üzvləri ilə müşavirə keçirib.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Putin Alyaskada keçiriləcək Rusiya-ABŞ yüksək səviyyəli görüşünə hazırlıq çərçivəsində bu gün Rusiyanın ali rəhbərliyinin üzvləri, həmçinin hökumət və prezident administrasiyasının nümayəndələri ilə müşavirə keçirib", - o vurğulayıb.

.