Rusiya Ukrayna ilə hava atəşkəsi barədə heç bir razılaşma əldə etməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu mövzuda heç bir razılaşma əldə edilməyib. Bir daha təkrar edirəm: nizamlanma trayektoriyasına çıxış yollarının axtarışı çərçivəsində hər şey gizli şəkildə müzakirə olunmalıdır”, - Peskov vurğulayıb.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada tənzimləmənin hava atəşkəsi ilə başlaya biləcəyini bildirib.

.