ABŞ Trampın açıqlamalarından əvvəl Rusiyanı nüvə sınaqlarını bərpa etmək planları barədə məlumatlandırmayıb.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə sınaqları keçirəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
O, həmçinin vurğulayıb ki, əgər hər hansı bir ölkə nüvə sınaqlarına qoyulan moratoriumdan imtina edərsə, Rusiya da buna uyğun hərəkət edəcək.
Peskov bildirib ki, "Burevestnik" raketinin sınaqları nüvə sınağı deyil və onlara qarşı heç bir moratorium yoxdur.
.
