Avqustda gündəlik Xam Neft hasilatının “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrində 648 min barrel, o cümlədən Azərbaycanda 11 min barrel artırılması ilə iki ildən çox müddəti əhatə edən tarixi Razılaşma üzrə böyük həcmli öhdəliklər yekunlaşır.

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında qeyd edib.

““OPEC+” Balanslı Yanaşma, çevik tənzimləmə və yüksək həmrəylik sayəsində qlobal neft bazarının sabitləşdirilməsi ilə bağlı tarixi missiyasının öhdəsindən uğurla gəldi”, - paylaşımda qeyd olunur.

Qeyd edək ki, Azərbaycan "OPEC+" razılaşmasının iştirakçısıdır.

.