Rusiyanın şimal-qərb ərazisində il ərzində 19 terror aktı baş verib.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. O, daha 27 belə cinayətinin qarşısının alındığını söyləyib.

Patruşev Rusiya Federasiyasında ukraynalıların təxribat və terror fəaliyyətinin gücləndiyini açıqlayıb.

O, martın 22-də Crocus City Hall-da baş vermiş terror aktının istintaqı barədə də danışıb. Bildirib ki, istintaq terror aktının birbaşa icraçıları ilə ukraynalı millətçilər arasında əlaqəni təsdiqləyib və prosessual olaraq möhkəmləndirir.

.