Ermənistanın Baş naziri Nikol Paşinyan 29–30 oktyabr tarixlərində Fransaya işgüzar səfərdə olacaq.

Bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, səfər çərçivəsində Baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

Oktyabrın 30-da Paşinyanın Fransa Prezidenti Emmanuel Makron ilə Yelisey Sarayında görüşü nəzərdə tutulub.

.