ABŞ və İran danışıqlarda Tehranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsini azaltmaq üçün razılığa gəliblər.
Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının "Al Arabiya" televiziya kanalına müsahibəsində bildirib.
"Amerika İranın nüvə ehtiyatlarının çıxarılmasını istədi, amma biz zənginləşdirmə səviyyələrini azaltmaq qərarına gəldik", - deyə o bildirib. Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları hələ də yeraltındadır. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın həll yolu olduğu qənaətinə gəliblər.
Regional gündəmə toxunan Pakistanın xarici işlər naziri İsrailin Livandakı hərəkətlərini təxribatçı adlandırıb və onları dayandırmağa çağırıb. O, həmçinin Misir, Səudiyyə Ərəbistanı və Türkiyədən olan həmkarları ilə Qəzza zolağındakı münaqişənin həlli məsələsini yenidən canlandırmaq barədə razılığa gəldiyini açıqlayıb.
