
Pakistan "çox böyük" və "effektiv" silahlı qüvvələrə malikdir.
Bunu Pakistan Xarici İşlər Nazirliyinin nümayəndəsi İshaq Dar "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
Yaxın Şərqdə İsrail əməliyyatlarının dayandırılması üçün birləşmiş strukturun formalaşdırılması halında İslamabadın mümkün mövqeyi barədə suala cavab verərkən İ.Dar bildirib ki, BMT Təhlükəsizlik Şurası ilə bağlı müvafiq mexanizm müəyyən edilə bilərdi.
"Məsələn, BMT Təhlükəsizlik Şurası onları dinləməyən ölkələrə qarşı çox ciddi sanksiyalar tətbiq ediblər. Bu, istənilən ölkəyə vurula biləcək ciddi iqtisadi zərbədir", - nazir vurğulayıb.
Onun sözlərinə görə, birləşmiş təhlükəsizlik qüvvələrinin yaradılması ideyası ərəb ölkələri və Ərəb Dövlətləri Liqasının son görüşlərində müzakirə edilib.
İ.Dar qeyd edib ki, İslamabad belə bir təşəbbüsü dəstəkləməyə hazırdır.
"Niyə də olmasın? Onların birləşmiş qüvvələri olmalıdır. Öz imkanlarına və gücünə uyğun olaraq, onlar müəyyən bir mexanizm yaratmalıdırlar", - XİN rəhbəri bildirib.
Pakistanın mümkün iştirakını şərh edərkən, o vurğulayıb ki, ölkə güclü və səmərəli fəaliyyət göstərən silahlı qüvvələrə - orduya, hərbi hava qüvvələrinə və hərbi dəniz donanmasına malikdir. O, həmçinin Pakistanın adi hərbi münaqişələrdə öz imkanlarını uğurla nümayiş etdirdiyini xatırladıb.
.