
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) növbədənkənar qurultayı keçirilib.
"TRT Haber" xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub.
Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib.
O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.
.