
2025-ci ilin iyun ayı ərzində miqrasiya qanunvericiliyinin tələblərini pozan 161 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində 185 ölkənin vətəndaşı tərəfindən ölkə ərazisinə 1 217 558 giriş qeydə alınıb. Eyni zamanda, cari ilin 6 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 119 ölkənin vətəndaşı barədə ümumilikdə 9 714 inzibati qərar qəbul edilib. Onlardan 1 007 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb.
"2025-ci ilin müvafiq dövrü ərzində 141 ölkə vətəndaşı tərəfindən Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsinin alınması (müvəqqəti uzadılması) ilə bağlı 33 342 müraciət daxil olub. Bu ilin iyun ayı ərzində 167 ölkənin vətəndaşı tərəfindən ölkə ərazisinə 237 510 giriş qeydə alınıb. Müvafiq dövr ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində 750 şəxs saxlanılıb”, - qeyd edilib.
.