
Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllının Ağbulaq kəndində sakinləri qəbul edib.
Qəbulda rayonun Qoşakənd və Tubu kəndlərinin sakinləri də iştirak ediblər. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən kəndin içməli su təchizatı ilə bağlı müəyyən problemlərin yaşandığı deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayonlarına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.