Milli Məclisin deputatı Novruzəli Aslanov 16 yanvar 2026-cı il tarixində İsmayıllıdan olan seçiciləri “online” rejimində qəbul edib. Utro.az xəbər verir ki, deputatın Bakıdakı ofisi ilə İsmayıllı ofisi arasında video-formatda bağlantının yaradılması üçün müvafiq avadanlıqlar quraşdırılıb. Vətəndaşlarla canlı ünsiyyət qurmaq üçün hər cür şərait yaradılıb. Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb və onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib. Deputat Novruzəli Aslanovun “online” rejimində keçirdiyi qəbulda iştirak edən İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
.
