Rusiyada yanacaq bazarında vəziyyət neft emalı zavodlarının təmiri ilə əlaqədar kifayət qədər gərgindir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, yanacaq çatışmazlığı idxal hesabına ödənilir.
Baş nazirin müavini deyib ki, hakimiyyət daxili bazarı təmin etmək üçün əlindən gələni edir.
Novak vurğulayıb ki, benzinin ixracına qoyulan qadağanın mümkün uzadılması ilə bağlı qərar dekabrda veriləcək.
O, Energetika Nazirliyinin 30 noyabrda başa çatan aviakerosinin (təyyarə yanacağı) ixracına qoyulan qadağanın müddətinin uzadılması ilə bağlı təkliflər hazırladığını söyləyib.
Novak qeyd edib ki, neft məhsullarının idxalının uzadılması Rusiya neft emalı zavodlarının imkanları ilə bağlı vəziyyətdən asılı olacaq.
.
